Aqrar sahədə nəzərdə tutulan tədbirlər 2020-ci ildə real ÜDM-i 1,2 mlrd. manat artıracaq

aqrar sahede nezerde tutulan tedbirler 2020 ci ilde real udm i 1 2 mlrd manat artiracaq

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.

 

Sənəddə vurğulanıb ki, burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir. Bundan başqa, ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.

 

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan

tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf

indikatorları müəyyən edilib:
 

● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;

● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;

● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə

artması;

● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə

25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;

● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;

● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin

hazırlanması;

● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;

● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə

qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən minneral gübrələrdən

istifadənin 25 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən

istifadəsinin 25 faiz artması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də

tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;

● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla,

eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz

artması;

● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların

sayının 20 faiz artması;

● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;

● paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market"in və 50 “fermer mağazası”nın

qurulması;

● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin

ixtisaslaşması;

● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ