Azərbaycan prezidenti Türkiyə nümayəndə heyətini qəbul edib

azerbaycan prezidenti turkiye numayende heyetini qebul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın xəbərinə görə, F. Çelik prezident İlham Əliyevin tövsiyəsi ilə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Bakıda yaradılmasına və uğurla fəaliyyət göstərməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.

 

O, hazırda Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında sıx əməkdaşlığın yaradıldığını deyib.

 

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda telefon danışığını və baş nazir Binəli Yıldırımla Münxendə görüşünü məmnunluqla xatırlayıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu gün Bakıda keçirilən növbəti toplantısının önəmini qeyd edən dövlət başçısı Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrakla səmərəli görüşün olduğunu vurğulayıb.

 

Görüşdə ölkələrimizin kənd təsərrüfatı nazirlikləri arasında əlaqələrin yaxşı potensiala malik olduğu bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agsuda ev yanib
    Ağsuda ev yanıb
  • paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir
    Paytaxtda “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçir...
paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ