Azərbaycan şərabları Bolqarıstanda keçirilən müsabiqənin gümüş medalına layiq görülüb

Bolqarıstanda keçirilən “Winery 2017” şərab müsabiqəsində Azərbaycan istehsalı olan konyak və şərab nümunələri iştirak edib.

 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə,  “Gəncə şərab 2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərab müsabiqənin qırmızı şərablar kateqoriyası üzrə gümüş medala və sertifikata layıq görülüb. 
 


Sözügedən müsabiqədə 360 çox spirtli içki brendləri təmsil olunub. Bunun da 300-dən çoxu şərab markalarının payına düşür. İçkilər 24 tanınmış dequstatordan ibarət jüri tərəfindən qiymətləndirilib. “Winery 2017” müsabiqəsində Bolqarıstan, Azərbaycan, Fransa, Moldova, Makedoniya, Cənubi Afrika, Rusiya və Türkiyə istehsalçıları daxil olmaqla, 50 şərab istehsalçısı iştirak edib.

 

“Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliği məqsədilə cari ilin 22-26 fevral tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş “Winery 2017” şərab müsabiqəsində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan istehsalı olan konyak və şərabların iştirakı təmin edilmişdir. 

 
Qeyd edək ki, “Winery 2017” şərab müsabiqəsi ənənəvi “Vinaria” Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində keçirilib. “Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliği məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyi Azərbaycan istehsalı olan konyak və şərab nümunələrinin həmin müsabiqədə iştirakını təmin edib. Bolqarıstan Milli Üzümçülük və Şərabçılıq Palatasının tərəfdaşlığı və Bolqarıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında keçirilən “Vinaria” sərgisi şərabçılıq sahəsində Cənub-Şərqi Avropanın ən nüfuzlu tədbirlərindən sayılır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan rusiya serhedinde serhed siper emeliyyati kecirilir
    Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçir...
  • tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir
    Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirili...
tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ