Azərbaycan soğanı Rusiya bazarına çıxarılacaq

Kəndli və fermerlərin sata bilmədiyi tonlarla soğan Rusiya bazarlarına çıxarılacaq.

 

Bunu APA-nın Qarabağ bürosuna verdiyi açıqlamada “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Yuxarı Qarabağ Regional Bölməsinin aparıcı mütəxəssisi Raqif Məmmədov bildirib.

 

Onun sözlərinə görə, artıq Rusiya bazarlarına 500 tondan çox kənd təsərrüfatı məhsulları daşınıb: “Hazırda isə kəndli fermerlərin ötən mövsüm becərdikləri, amma sata bilmədikləri minlərlə ton soğan dövlətin dəstəyi ilə xarici bazarlarda satılması planlaşdırılır”.

 

Fermer Camal Məhərrəmov APA-ya müsahibəsində bildirib ki, ötən il 1 500 tonadək becərdiyi soğan anbarlarda qalıb: “Qiymətlərin ucuz olması və yerli bazarlarda alıcı olmaması səbəbindən məhsulun 60%-i zay olub”.

 

Kənd təsərrüfatı mütəxəssisləri hesab edirlər ki, əslində məhsulun satılmamasında fermerlər özləri təqsirkardır. Bütün bölgələrdə eyni məhsulun kütləvi şəkildə becərilməsi qiymətlərin aşağı düşməsi ilə yanaşı, həm də alıcılıq qabiliyyətini aşağı salır. Bu səbəbdən də yeni əkin mövsümündə müxtəlif çeşidli məhsulun becərilməsi üçün maarifləndirmə işlərinin aparılacağı planlaşdırılır. Dövlətin fermerlərə dəstək olması onların daha çox qazanc əldə etməsi ilə yanaşı, həm də əkinçilik mədəniyyətinin inkişafına səbəb olacağı məqsədini daşıyacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuz sakini sirke tursusundan zeherlenib
    Tovuz sakini sirkə turşusundan zəhərlənib
  • bakida cinin silahli quvveleri gunu qeyd olunub
    Bakıda Çinin Silahlı Qüvvələri Günü qeyd olunub
bakida cinin silahli quvveleri gunu qeyd olunub bakida cinin silahli quvveleri gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ