Azərbaycan və Türkiyə aqrar sahədə birgə layihələr həyata keçirə bilər

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 19-da Prezident İlham Əliyevin tapşırığına əsasən bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə edib.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

 

İnam Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər. Əhməd Əşrəf Fakıbaba Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq, İnam Kərimovun nazir vəzifəsinə təyin edildikdən sonra ilk xarici səfərini Türkiyəyə etməsindən məmnunluq hissi keçirdiklərini bildirib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib.

 

Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

 

Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
  • ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib
    Ombudsman: "Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb" ...
ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267