Azərbaycan yun istehsalı və tədarükünün artırılması üçün Çin, Avstraliya və Qazaxıstanın təcrübəsini öyrənəcək

azerbaycan yun istehsali ve tedarukunun artirilmasi ucun cin avstraliya ve qazaxistanin tecrubesini oyrenecek

Yanvarın 30-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti cənab İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının tapşırıqlarının icrası məqsədilə bu gün Yevlaxda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə yun sahəsi üzrə mütəxəssislərlə işgüzar müzakirə keçirilib. Tədbirdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili kimi məsələlər müzakirə olunub.

 

Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb. İşgüzar müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

 

Sonra Yevlax İlkin Yun Emalı Fabrikinin ərazisinə baxış keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ