Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq

azerbaycanda qida tehlukesizliyi agentliyi yaradilacaq

Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

 

Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb:

 

Komissiyanın sədri

 

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

 

Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
  • lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub
    Lənkəran və Lerik rayonlarının sərhədində yanğın olub...
lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub lenkeran ve lerik rayonlarinin serhedinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ