Prezident Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı sərəncam imzalayıb

prezident qida tehlukesizliyi agentliyinin fealiyyetinin temin edilmesi ile bagli serencam imzalayib

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.  

 

APA-nın məlumatına görə, laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

 

Nazirlər Kabinetinə bir ay müddətində “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etmək, əmlakın Agentliyin balansına verilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin etmək, Agentliyə keçəcək müvafiq ştat vahidlərinin və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün Agentliklə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.

 

Sərəncamın 1-ci hissəsinin icrası başa çatdıqdan sonra Agentlik Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin öz əsasnamələri ilə müəyyən olunmuş vəzifələrinin icrası ilə bağlı müvafiq laboratoriyalardan ödənişsiz istifadə etmələrini təmin etməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267