Azərbaycanla BMT aqro-bioloji müxtəlifliyin qorunması sahəsində əməkdaşlıq edəcək

Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi keçirilib.

 

"APA-Economics" xəbər verir ki, sənədi nazir Heydər ƏsədovBMT-nin rezident nümayəndəsi Qulam İshaqzai imzalayıblar.

 

Layihə Qlobal Ekologiya Fondu (GEF) və BMTİP tərəfindən Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək.

 

H. Əsədov bildirib ki, layihənin əsas məqsədi yerli aqrar məhsulların biomüxtəlifliyinin qorunması üzrə milli səyləri dəstəkləməkdir. Layihə çərçivəsində yerli məhsulların qorunması, aqro-biomüxtəlifliyin konservasiyasına dəstək, məhsuldarlığın artırılması, eləcə də yerli aqrar məhsullarının kommersiyası, kiçik aqrar bizneslərində istifadəsinə yol açan tədbirlər həyata keçiriləcək. Layihə, həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsi istiqamətində addımlar atacaq.

 

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişafın təbliği, institusional bacarıqların, eləcə də səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, həmçinin ətraf mühitin idarə edilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması kimi tədbirlərin dəstəklənməsində BMTİP layihələri öz töhfəsini verəcək.

 

Q. İshaqzai bu əməkdaşlığın gələcək perspektivlərini vurğulayıb: "Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaqdır. Aqrar bio-müxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanma, məhsuldarlıq və rifaha müsbət təsirini göstərəcək".

 

İmzalanma mərasimində həm nazir, həm də BMT-nin rezident nümayəndəsi Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən xüsusi diqqət ayrılmasını vurğulayaraq, bu layihənin qida təhlükəsizliyi, orqanik fermerçilik və fermerlərin yeni bazarlara çıxışına dəstəyi özündə əks etmiş kənd təsərrüfatı sahəsini prioritetləşdirən Strategi Yol Xəritəsinin həyata keçirilməsində də yardım edəcəyinə inandıqlarını əlavə ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan rusiya serhedinde serhed siper emeliyyati kecirilir
    Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçir...
  • tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir
    Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirili...
tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ