Bu il KTN xətti ilə fermerlərə 10 mln. manat kredit veriləcək

bu il ktn xetti ile fermerlere 10 mln manat kredit verilecek

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna qədər fermerlərə təxminən 10 milyon manat kredit ayırmağı planlaşdırır.

 

“APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, artıq həmin məbləğdən 1,5 mln. manatını 40 fermer götürüb: “Ölkənin 20-dən çox rayonundan 40 fermer kredit əldə edib. Bu, kənd təsərrüfatı yönümlü rayonlardır. Həmin fermerlər əkinçilik,  qoyunçuluq, iri buynuzlu maldarlıq, həmçinin qablaşdırma ilə məşğul olanlardır. İnanırıq ki, bu ilin sonuna qədər fermerlərə kömək məqsədilə onlara əlavə vəsait ayıra biləcəyik".

 

M. Əliyev deyib ki,  Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaiti 2%-lə kredit təşkilatlarına, onlar da 7% olmaqla fermerlərə verirlər: “Məqsədimiz faiz dərəcələrin artırılması deyil, əksinə azaldılmasıdır.  Hazırda bazar araşdırması aparırıq. Çünki bizim qurumla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verir. Bazar araşdırmaları aparmaqda məqsədimiz potensialı artırmaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirməkdir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272