Bu il sənayenin qeyri-neft sektorunda istehsal 7,6% artıb

bu il senayenin qeyri neft sektorunda istehsal 7 6 artib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-may aylarında 19,2 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% çox sənaye məhsulu istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.

 

Sənaye məhsulunun 73,2%-i mədənçıxarma sektorunda, 22%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

 

Mədənçıxarma sektorunda neft hasilatı 1,2% artıb, əmtəəlik qaz hasilatı isə 8,2% azalıb.

 

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 2,0 dəfə, mebel istehsalı 96,8%, elektrik avadanlıqlarının istehsalı 96,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6%, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4%, tikinti materiallarının istehsalı 40,4%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4%, geyim istehsalı 11,4%, əczaçılıq məhsullarının istehsalı 3,7% artıb, kimya sənayesi məhsullarının istehsalı 0,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9%, içkilərin istehsalı 4,5%, qida məhsullarının istehsalı 5,1%, kompüter, elektron və optik məhsulların istehsalı 5,7%, maşın və avadanlıqların istehsalı 9,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5% azalıb.

 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1% artıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272