Cəbhəyanı ərazilərin təsərrüfatlarındakı heyvanlar peyvənd olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qazax, Tovuz və Goranboy rayonlarının sərhəd kəndlərində səfərdə olub.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, səfər əhalinin fərdi təsərrüfatlarında saxlanılan heyvanların xəstəliklərə qarşı profilaktik peyvəndlənməsi, şəffaflığın təmin edilməsinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək məqsədi ilə təşkil olunub. 

 

B. Rzayev Ermənistanla həmsərhəd olan Qazax rayonunun Məzəm kəndində, həmçinin digər cəbhəyanı ərazilər, Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fermer və sahibkarla görüşüb. B.Rzayev xırdabuynuzlu heyvanların “Rev-1” ştammı, iribuynuzlu heyvanların “S-19” ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyar dermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A, O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarət məqsədi ilə baytarlıq baxışı keçirib.

 

Görüşlərdə B.Rzayev heyvanların sağlamlıq durumuna dair aparılan baytarlıq tədbirlərinin keyfiyyətindən, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlərdən, heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasından və peyvəndləmələrin əhəmiyyətindən danışıb. 

 

Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən B.Rzayev görüşlərin sonunda fermerlərə müvafiq tövsiyələrini verib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkədə iti yoluxucu xəstəliklərin qarşısını almaq üçün rayon (şəhər) baytarlıq idarələri kifayət qədər dərman preparatları, dezinfeksiya və dezinseksiya maddələri ilə təmin edilib. Respublikada iti yoluxucu xəstəliklərə görə epizotik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanması istiqamətində profilaktik və təşkilati tədbirlər mütəmadi olaraq davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267