Cəlilabadda pambıqçılıqla bağlı müşavirə keçirilib

celilabadda pambiqciliqla bagli musavire kecirilib

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən martın 26-da Bərdə rayonunda “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika” müşavirəsində verilən tapşırıqların icrası ilə əlaqədar Cəlilabad rayonunda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili”nə dair müşavirə keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Cəlilabad RİH-nin başçısı Namiq Zeynalov çıxış edərək rayonda pambıqçılığın vəziyyəti və bu sahədə görülən işlər barədə məlumat verib. Bildirib ki, 2017-ci ildə rayon ərazisində 500 hektar sahədə pambıq əkilib. Bu il isə əkin sahələri 5 hektar da artırılaraq 505 hektar sahəyə çatdırılıb.  

 

Müşavirədə daha sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı – hədəflər və prespektivlər” mövzusunda çıxış edərək Nazirlik tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

 

Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov isə çıxışında Çində istehsal olunan rəngli pambıq toxumunun ölkə ərazisində də əkilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bunun üçün artıq Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində sınaq xarakterli kiçik bir sahədə rəngli pambıq toxumu əkilib. Əgər əldə olunacaq nəticə müsbət olarsa daha geniş sahədə əkilməsi nəzərdə tutulub. Cəlilabad rayonu pambıqçılığın inkişafı üçün əlverişli olduğundan rəngli pambıq toxumunun burada da əkilməsi planlaşdırılır.

 

Müşavirədə həmçinin kənd təsərrüfatı nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnalogiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin Aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov “Texniki və gübrə ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti barədə” məruzə ilə çıxış edib.

 

Sonda müşavirə iştirakçıları tərəfindən müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonradan təsərrüfatların pambıq sahələrində kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair fermerlərə müvafiq tövsiyələr verilib, onların təklifləri dinlənilib.

 

Müşavirə başa çatdıqdan sonra tədbir iştirakçıları rayonun Sabirabad kəndində pambıq əkini sahələri ilə tanış olublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267