Çin nəhəngi Qusarda traktor istehsal edəcək

cin nehengi qusarda traktor istehsal edecek

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Çinin dövlət korporasiyası olan "YTO Group" ilə birgə Azərbaycanda kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalını planlaşdırır. Bu barədə "APA-Economics"ə dövlət şirkətindən bildirilib.


ASC-nin mərkəzi ofisində korporasiyanın nümayəndələri ilə bu haqda geniş müzakirə aparılıb və əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev və "YTO Group"un Azərbaycandakı nümayəndəsi Fərhad Məmmədov imzalayıb.

 

"YTO Group"un vitse-prezidenti Şan Çunyu (Shan Chunyu) əməkdaşlıqdan məmnunluğunu bildirib və həyata keçiriləcək işlər haqda danışıb.

 

Memoranduma əsasən, Qusar rayonunda yerləşən istehsal müəssisəsində ildə 800 ədəd orta ölçülü (18-40 at gücündə) YTO traktorlarının yığılması həyata keçiriləcək. ASC-nin Çin tərəfi ilə apardığı danışıqlar nəticəsində traktorların ehtiyat hissələrinin ixracı üçün kreditin ayrılması qərara alınıb. İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin inkişafına müsbət təsir göstərəcək.

 

Birgə istehsal olunacaq YTO traktorları “Aqrolizinq” ASC vasitəsi ilə yerli fermerlərə sərfəli şərtlər əsasında satılacaq. Fermer texnikanın dəyərinin 20%-i əvvəlcədən ödədikdən sonra yerdə qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər.

 

YTO traktorlarının texniki  göstəricilərinin asanlığı, rahat idarə olunması fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı verəcək. Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu, yüksək təzyiqli yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin keyfiyyəti və uyğun qiyməti, az yanacaq sərfiyyatı ilə seçilir. YTO traktorları bağçılıq, tərəvəzçilik, tütünçülük, yemçilik, istixana sahələrində geniş istifadə olunur. Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında kiçik ölçülü traktorlara böyük ehtiyac var. Xüsusən, kiçik ailə təsərrüfatlarında əl əməyinin azaldılması, istehsal prosesinin intensivliyinin təmin olunması, itkilərin azaldılması baxımından bu texnikalar mühüm rol oynayacaq. Traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO traktorlarının istehsalının yaradılması kənd təsərrüfatı  maşın-texnika parkının sürətlə yenilənməsinə öz töhfəsini verəcək.

 

İmzalanmış memoranduma əsasən, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerlərə texnikalardan istifadə vərdişlərinin aşılanması üçün tədris mərkəzlərinin açılması, satışın təşkili, texniki təminat və digər məsələlərdə fəal dəstək verəcək.

 

Qeyd edək ki, Çinin “YTO Group” korporasiyası dövlətə məxsusdur, illik istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik təşkil edir. Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı alətlərini istehsal edir. Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət bu ölkələrdə öz xidmət şəbəkələrini yaradıb, son üç ildə 20 min ədəd traktor ixracına nail olub. 2015-ci ildə ixracın həcmi 100 mln. dollar həcmində olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ