Baytarlıq Xidməti İsmayıllıda iribuynuzlu heyvanların tələf olma səbəbini açıqlayıb

baytarliq xidmeti ismayillida iribuynuzlu heyvanlarin telef olma sebebini aciqlayib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aprelin 22-də bir sıra kütləvi informasiya vasitələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində 15-ə yaxın iribuynuzlu heyvann naməlum səbəbdən tələf olması barədə yayılan məlumata münasibət bildirib.

 

DBNX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DBNX-nın İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları Qubaxəlilli kəndində araşdırmalar aparıblar. Araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus şəxsi təsərrüfatlarda cəmi 2 baş südəmər buzovun tələf olması müəyyənləşib. Araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb.

 

Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdunun olması müəyyənləşib. Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilib.

 

Qeyd olunub ki, yanvar ayından bu günə kimi İsmayıllı rayonunun Qubaxəlilli kəndində, ümumilikdə 4 baş iribuynuzlu heyvan (sudəmər buzov) ölüb: “Bu heyvanlar isə ayrı-ayrı təsərrüfatlarda olmaqla terapevtik xəstəliklərdən tələf olub. İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də rayonun digər kəndlərində iribuynuzlu heyvanların kütləvi tələf olması faktına təsadüf edilməyib”.

 

DBNX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatlıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın: “Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil, epizootoloji sabitliyə nəzarət olunur və epizootik vəziyyət sabitdir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • varsavada polsa ve azerbaycan prezidentlerinin gorusu olub yenilenib
    Varşavada Polşa və Azərbaycan prezidentlərinin görüşü olub -...
  • azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib
    Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü k...
azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ