Dövlət Baytarlıq Nəzarəti Xidməti saxta yumurta ilə bağlı əhaliyə müraciət edib

dovlet baytarliq nezareti xidmeti saxta yumurta ile bagli ehaliye muraciet edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) son günlər bəzi kütləvi informasiya vasitələrində (KİV) Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

DBNX-nın rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov APA-ya bildirib ki, bır sıra KİV-də guya Çin Xalq Respublikasında süni yumurta istehsal olunması və onun Azərbaycana idxal edilməsi ilə bağlı məlumatlar yayılıb.

 

“Bu məlumatla əlaqədar qəti şəkildə bildirirəm ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb. Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin “qaynar xətti”nə məlumat versinlər. Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”, - deyə A. Süleymanov bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde berpadan sonra neriman nerimanovun ev muzeyinin acilisi olub
    Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açı...
  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
prezident ilham eliyev polsa senatinin marsali ile gorusub prezident ilham eliyev polsa senatinin marsali ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ