Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edilib

dovlet taxil fondu ucun yuksek keyfiyyetli bugda tedaruku elan edilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün buğda tədarükü elan edib.

 

FHN-dən APA-ya verilən məlumata görə, buğda “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL-Babatürk” MMC, “Pak-Nur” firması, “Xırman” MMC, “Rəşad” firması,”Səma”FF firması, “Avropa” firması, “Sarı sünbül” firması, “Azəri-Arapoğlu” US, T.Ltd BM və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli istehsalçılardan qəbul olunacaq.

 

Buğdanın qiyməti bir ton üçün 300 manat nəzərdə tutulur.

 

Buda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verməlidir:

 

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

  • buğda üçün - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə):

  • buğda üçün - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

  • buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:

  • 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla

  • yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

VI.  Şüşəvarilik:

  • 3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla

VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):

“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;

“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;

“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel:  012-342-90-04; 050-352-50-01;

“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;                                        

“Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36;

“Karmen”  MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93;                       

“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75;

“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81;

“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;  

“Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;

“EL-Babatürk” MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73;

“Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;

“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;

“Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;

“Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;

“Azəri-Arapoğlu” US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;

,”Səma” FF: Bakı şəhəri, tel: 050-311-52-51;

“Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;

“Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;

 

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

  • 2018-ci ilin iyul ayının 1-i tarixinə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, 1 iyul 2018-ci il tarixindən etibarən isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
  • Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xətti”nə müraciət etmək olar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
  • ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib
    Ombudsman: "Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb" ...
ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267