Eldar İbrahimov: "Becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşlardan alınması qanunvericilkdə əksini tapıb"

eldar ibrahimov becerilmeyen kend teserrufati teyinatli torpaqlarin vetendaslardan alinmasi qanunvericilkde eksini tapib

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov becərilməyən kənd təsərrüfatı torpaqlarının sahiblərindən alınacağı barədə yayılan xəbərə münasibət bildirib.
 
E. İbrahimov APA-ya açıqlamasında deyib ki, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaq vətəndaşlardan alınır və bu, Torpaq Məcəlləsində, torpaqla bağlı qanunvericilkdə əksini tapıb.
 
Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, dövlət başçısı bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə də tapşırıq verib: “Harada istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaq varsa, Əmlak Məsələləri Dövlət Komitəsi bunun səbəbini araşdırmalıdır. Torpaq həmin şəxsdən alınıb başqasına verilməlidir ki, təyinatına uyğun istifadə edilsin. Kənd təsərrüfatı təyinatlı torpaq əkilərək məhsul istehsal olunması və xalqımızın ərzaq təhlükəsizliyinin təmin olunması üçündür”.
 
E. İbrahimov  deyib ki, ilk öncə kənd təsərrüfatı təyinatlı torpaqların 3 il ərzində becərilmədikdə sahibi olan şəxsdən alınması nəzərdə tutulmuşdu:  “Ancaq Nazirlər Kabinetinin qərarı ilə bu müddət 2 il olub. Əgər kənd təsərrüfatı təyinatlı torpaq 2 il ərzində böecrilmirsə, Əmlak Məsələləri Dövlət Komitəsi bunun səbəbini araşdıracaq, həmin şəxsin torpağı becərmək imkanı yoxdursa, o torpaq alınaraq başqasına veriləcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273