"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC fermerlərə müraciət edib

erzaq mehsullarinin tedaruku ve techizati asc fermerlere muraciet edib

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və Füzuli rayon fermerlərinə müraciət edib.

 

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, şirkət adıçəkilən rayonlardan istənilən kənd təsərrüfatı məhsullarını tədarük etməyə hazırdır. Ağcabədi şəhərində keçirilmiş regional müşavirədə ASC-nin İdarə Heyəti sədrinin müavini Xalıq Məmmədov bildirib ki, bu məhsullar sırasına mal əti, kərə yağı, pendir, duzlu və duzsuz şor, kələm, yerkökü, çuğundur, noxud, qarabaşaq, yarma, darı, lobya, turşular və s. məhsullar daxildir.

 

Müşavirədə ASC-nin Yuxarı Qarabağ regional bölməsinə daxil olan rayonlarda fəaliyyət göstərən 278 satınalan təşkilat (uşaq bağçaları, xəstəxanalar, icra nümayəndələri və digər müəssisələr) nümayəndələri, istehsalçılar, torpaq mülkiyyətçiləri iştirak ediblər.

 

X.Məmmədov bildirib ki, prezident İlham Əliyev cəmiyyət qarşısında qapalı müəssisələri keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, yerli istehsalçıları stimullaşdırmaq məqsədini qoyub: "Ona görə cəmiyyət qərara gəlib ki, hər bir rayondakı satınalan təşkilatı elə həmin rayonda istehsal edilən məhsullarla təmin etsin. Bu sistemi qurmaq hər bir rayonda istehsal edilən məhsulların elə həmin rayonda realizə olunmasına, ucqar dağ kəndlərində yaşayan istehsalçılara əlçatan bazarların müəyyən olunması, kiçik və orta təsərrüfatların dövriyyə vəsaitlərinin artmasına səbəb olacaq".

 

"Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və Füzuli rayonlarından olan  fermerlərə xüsusi müraciət ona görə edirik ki, bu rayonlarımız zəngin təsərrüfat ənənələrinə malik olmaqla ölkə əhalisinin heyvandarlıq və bitkiçilik məhsulları ilə təmin olunmasında xüsusi rol oynayır. Bu rayonlarda geniş dəmyə və suvarılan torpaqlar mövcuddur, əgər bu torpaqları əkmirlərsə onları Cəmiyyətlə əməkdaşlığa dəvət edirəm. Cəmiyyət potensial istehsalçılara avans sistemi vasitəsi ilə maliyyə dəstəyi verə bilər, buna ehtiyacı olmayanların isə bütün növ məhsullarını tədarük edə bilər. Tədarük zamanı fermerlərin məhsullarını tarla başında, heç yerə getmədən orta bazar qiymətlərinə alınacaq", - deyə o bildirib.

Xatırladaq ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC  bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlər keçirir. Növbəti görüş ASC-nin Yuxarı Qarabağ regional bölməsi üzrə (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli rayonları) Ağcabədi şəhərində baş tutub. Görüşdə üz yüz nəfərə qədər dövlət satınalan təşkilat və icra nümayəndələri, bölgə istehsalçıları iştirak ediblər.

 

Regional müşavirədə tədarük-təchizat səviyyəsinin yüksəldilməsi, yerli məhsulların tədarük imkanları haqqında təkliflər irəli sürülüb, bəzi fermerlərlə məhsullarının satın alınması haqqında razılıq əldə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
  • berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1
    Bərdədə iki piyadanı vurub qaçan sürücü tutulub - YENİLƏNİB-...
berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ