"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC gələn ildən fermerlərə avans verəcək

erzaq mehsullarinin tedaruku ve techizati asc gelen ilden fermerlere avans verecek

"Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalında orta topdansatış qiymətləri müəyyən olunub. "APA-Economics" xəbər verir ki bunu "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

E. Əsədovun sözlərinə görə, istehsalçı, fermer ASC ilə müqavilə bağlayırsa, artıq məhsulu satmış hesab olunur. "İstehsalçı məhsulu bizim anbara da verə bilər. Bundan başqa, biz asan tədarük mexanizmlərinin yaradılmasını düşünürük. Yeganə şərt istehsalçı kimi portaldan qeydiyyatdan keçmək və ASC ilə müqavilə bağlamaqdır. Bölgələrdə, kəndlərdə yaşayan istehsalçılar isə bizim regional bölmələrə gəlib portalda qeydiyyatdan keçmək üçün əməkdaşlarımızın köməyindən istifadə edə bilərlər. Bundan başqa, "ASAN xidmət" vasitəsilə qeydiyyata düşmək mümkündür. Tədarükə dəstək nöqtələri vasitəsilə də imkanı olmayan şəxslərə www.tedaruk.az portalına qoşulmaq üçün dəstək verəcəyik", - deyə o qeyd edib.

 

E. Əsədov əlavə edib ki, istehsalçılara bağlanmış müqavilə əsasında avans da veriləcək: "Avans istehsalçının istehsal edəcəyi malın 25%-i dəyərində olacaq. Avansı verməklə iş bitməyəcək. Məhsulun toxumun əkilməsindən becərilməsinə qədər bütün proseslərə nəzarət olunacaq. Avansların verilməsinə gələn ilin oktyabr ayından başlanılacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ