İnam Kərimov: "Azərbaycan və Macarıstan arasında aqrar ticarət sahəsində böyük potensial var"

İyunun 29-u kənd təsərrüfatı naziri İnam Kərimov Macarıstanın xarici işlər naziri Peter Szijjartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin müzakirəsi olub.

 

İ. Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İ.Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Macarıstan arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir kənd təsərrüfatında innovasiyaların tətbiqi və toxumçuluq sahəsində ölkələr arasında əlaqələrin inkişafından məmnun olduğunu qeyd edib.

 

Öz növbəsində qəbula görə təşəkkür edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto Azərbaycanla bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.

 

Qonaq  iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273