İyulun 1-dən taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini bir orqan həyata keçirəcək

iyulun 1 den taxil mehsullarinin keyfiyyetine dovlet nezaretini bir orqan heyata kecirecek

Bu il iyulun 1-dən Azərbaycanda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını yalnız Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.

 

Hazırda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyasını İqtisadiyyat Nazirliyi, taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını isə Səhiyyə Nazirliyi həyata keçirir.

 

Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı səlahiyyətləri olacaq:

 

- taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;

- taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

-müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

- taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək;

- taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;

 

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273