Kənd təsərrüfatı kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə zəmanət fondu yaradılacaq

kend teserrufati kreditleri ile bagli risklerin azaldilmasi meqsedile zemanet fondu yaradilacaq

Son illər aqrar sahəyə verilən kreditlərin həcminin artmasına baxmayaraq, bu kreditlərin ümumi kredit portfelində, habelə ümumi iqtisadiyyatda payı azdır. "APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.

 

Sənəddə qeyd edilib ki, Mərkəzi Bankın verdiyi məlumatlara əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində kənd təsərrüfatına və emal sahəsinə ayrılan kreditlərin həcmi 409,7 mln. manat olub. Bu da ümumi iqtisadiyyata qoyulmuş kreditlərin cəmi 2,4%-ini təşkil edir: "Bunun da əsas səbəbi bu sahənin özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Belə ki, bu sahənin təbii-iqlim şəraitindən asılılığı, kapitalın dövretmə sürətinin aşağı olması, əksəriyyəti kiçik təsərrüfatlardan ibarət olan kənd təsərrüfatı məhsulları istehsalçıları üçün girov şərtlərinin əlverişsiz olması, bu sahə üzrə kredit risklərinin azaldılmasını təmin edən adekvat mexanizmlərin olmaması, habelə istehsalçıların maliyyə savadlılığının aşağı səviyyədə olması bu sahəyə verilən kreditlərin ümumi iqtisadiyyatda payının az olmasına gətirib çıxarıb".
 

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə bütövlükdə kənd təsərrüfatı, eləcə də onun önəmli sahələri üzrə maliyyə resursları ilə təminat səviyyəsini araşdıracaq və ehtiyacları müəyyən edəcək. Hər iki nazirlik tərəfindən bu məqsədlə tədqiqatlar aparılacaq və maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün uyğun hədəflər müəyyən ediləcək.

 

Sənəddə vurğulanıb ki, kredit təşkilatları tərəfindən verilən kənd təsərrüfatı kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə risk bölgüsünə əsaslanan zəmanət fondunun yaradılması imkanları araşdırılacaq. Kənd təsərrüfatı məhsulları istehsalçılarına təsir göstərən xarici şoklara (məsələn, quraqlıq və ya ixrac bazarında sabitliyin pozulması) qarşı müxtəlif risk bölgüsü mexanizmləri müəyyən ediləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə, girovsuz və innovativ kreditlər üzrə normativ hüquqi bazanın yaradılması istiqamətində tədbirlər görüləcək. Bu istiqamətdə işlərin görülməsi üçün girovsuz və innovativ kreditlər üzrə inkişaf etmiş ölkələrin təcrübəsi öyrəniləcək və təhlillər aparılacaqdır (məsələn, dəyər zənciri üzrə verilən kreditlər).

 

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daşınar girovların idarə edilməsinə məsul olan mərkəzi qurumla əməkdaşlıq çərçivəsində, kənd təsərrüfatı əmlakının (məsələn, texnikanın) lazımi qaydada təsnifləşdirilərək məlumat bazasına yerləşdirilməsi təmin ediləcək. Paralel olaraq anbarda saxlanılan məhsulların, eləcə də istehsal olunacaq məhsulların girov kimi qəbul edilməsi ilə bağlı beynəlxalq təcrübə araşdırılaraq müvafiq təkliflər hazırlanacaq.

 

Kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahəsinə ayrılan kommersiya kreditlərinə görə faiz dərəcələrinin optimallaşdırılması yolu ilə istehsalçıların əlverişli şərtlərlə maliyyəyə çıxışının yaxşılaşdırılması və aqrar sektora əlavə vəsaitlərin cəlb edilməsi üzrə beynəlxalq təcrübə öyrəniləcək və təkliflər hazırlanacaq.

 

Girovsuz və innovativ kreditlərdən istifadə üçün normativ hüquqi baza təkmilləşdiriləcək. Daşınmaz girovdan başqa digər girov növləri ilə kreditləşmə mexanizmi formalaşacaq. Kənd təsərrüfatında mövcud olan qeyri-işlək kreditlərin həcmi azalacaq. Kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığı artacaq və onların əlverişli şərtlərlə maliyyəyə çıxışı təmin olunacaq. Bu prioritetdə qeyd edilən tədbirlərin nəticəsi kimi aşağıdakı nəticələrin əldə olunması gözlənilir:

 

 əlavə 665 mln. manat həcmində maliyyə vəsaitinə çıxış imkanı yaradılacaq;

 kredit zəmanət fondunun yaradılması nəzərdən keçiriləcək.

 

Bu prioritetdə qeyd edilən tədbirlərin digər prioritetləri həyata keçirmək üçün dəstəkləyici rola malik olmaqla bərabər, 2020-ci ildə real ÜDM-ə 115 mln. manat birbaşa və 95 mln. manat dolayı olmaqla, ümumilikdə 210 milyon manat təsir edəcəyi proqnozlaşdırılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:37 28 Aprel
14:13 28 Aprel
09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib
    Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizlə...
  • zererceken mtn de 300 min dollarimi alandan sona meni serbest buraxdilar
    Zərərçəkən: “MTN-də 300 min dollarımı alandan sona məni sərb...
zererceken mtn de 300 min dollarimi alandan sona meni serbest buraxdilar zererceken mtn de 300 min dollarimi alandan sona meni serbest buraxdilar +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ