Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş tədbir keçirilib

kend teserrufati nazirliyinde pambiqciliga hesr olunmus tedbir kecirilib

Bu gün Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə 2017-ci ilin pambıq istehsalının yekunu və 2018-ci ildə pambıqçılıq sahəsində qarşıda duran vəzifələrdən danışan nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən edilməsi, onların qarşısında duran vəzifələrdən danışıb. Nazir təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pambıq əkini üçün pay torpaqlarına üstünlük verməklə əkinə yararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və  təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və s. məsələlərlə  bağlı müvafiq  tapşırıq və tövsiyələr verib. Yerlərdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin (texnika, toxum, gübrə, pestisid və s.) operativ həll olunması məqsədilə “Aqrolizinq” ASC-yə, o cümlədən Nazirliyin müvafiq şöbələrinə və qurumalarına tapşırıqlar verilib.

 

Tədbirdə həmçinin Nazirliyin Aqrar Elm, İnformasiya, Məsləhət Mərkəzinin, elmi-tədqiqat institutlarının və Nazirliyin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə birgə mütəmadi və davamlı olaraq bölgələrdə pambıqçılığın elmi-əsaslarla inkişaf etdirilməsi, gübrələrdən, pesdisitlərdən düzgün istifadə olunması qaydaları barədə seminarların keçirilməsinin təşkili və digər məsələlər müzakirə olunub.

 

Tədbirdə rayonlar üzrə təhkim olunmuş məsul işçilərin məlumatları dinlənilib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267