Komitə: 1500-ə yaxın hüquqi-fiziki şəxsin torpaq sahələrinin səmərəsiz və istifadəsiz qaldığı aşkarlanıb

komite 1500 e yaxin huquqi fiziki sexsin torpaq sahelerinin semeresiz ve istifadesiz qaldigi askarlanib

Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxsin sərəncamında olan kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb.

 

APA-nın məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin keçirdiyi təqdimatda deyib. O bildirib ki, görülən tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib: “Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib. Mülkiyyət növündən və təyinatında asılı olmayaraq, bütün torpaqların uçotu komitə tərəfindən aparılır. Komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir. Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür. Məlumat bazası canlı və işlək olacaq. Bu gün hər hansı bir əmlak haqqında sərəncam verilir və qeydiyyat aparılırsa, kadastr xəritəsində əks olunur. Əvvəllər mövcud olan torpaqların koordinatları arasında uyğunsuzluq mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kadastr xəritələri tam hazır olduqdan sonra dövlət orqanları da bundan istifadə edəcək. Ölkənin vahid torpaq fondu barədə məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan yararlanacaq”.

 

R. Cəlilov qeyd edib ki, torpaqlara nəzarətin təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə elektron səviyyədə həyata keçirilməsi nəzərdə tutulur: “Bununla bağlı xarici təcrübə öyrənilib. Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizə bu torpaqlara peyklə nəzarəti ilə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torpaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
  • ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib
    Ombudsman: "Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb" ...
ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib ombudsman belediyyelerde qadinlarin sayi 35 faize catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267