Kürdəmirin pambıq əkini sahələrində yeni zərərverici aşkar edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şumlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkar olunub.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin sarımtıl birəcik - Aphthona lutescens Gyll. (böcəklər dəstəsi-Coleoptera, yarpaqyeyən böcəklər fəsiləsi-Chrysomelidae) olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Bədən uzunluğu 2 – 2,5 mm olan böcəyin qanadüstlüyü açıq sarımtıl rənglidir. Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqda olan pambıq tarlalarına keçib və cücərtiləri zədələməyə başlayıblar.

 

Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayırlar. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanırlar. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib, sürətlə qidalanırlar. Qidalanma nəticəsində yarpaqlarda kiçik çökəkliklər əmələ gəlir, zərif yarpaqlarda çökəkciklər tezliklə deşilir. İntensiv yeyilmə nəticəsində iri deşikli zədələr müşahidə olunur. Belə zədələnmə nəticəsində cücərtilər məhv ola bilir, nisbətən iri bitkilər isə böyümə və inkişafdan qalır.

 

İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarını tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayırlar. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedirlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272