Meşə fondu torpaqlarının icarəyə verilmə müddətinin artırılması təklif olunur

mese fondu torpaqlarinin icareye verilme muddetinin artirilmasi teklif olunur

Azərbaycanda meşə fondu torpaqlarının icarəyə verilmə müddətinin artırılması təklif olunur. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında parlamentin İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadə məlumat verib.

 

Müvafiq qanun layihəsi barədə məlumat verən V. Əlizadənin sözlərinə görə, Meşə Məcəlləsinə dəyişikliklə bağlı qanunvericilik layihəsi prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə daxil olub. V. Əlizadə bildirib ki, məcəllənin 22-ci maddəsinin birinci hissəsində təklif olunan dəyişiklikdə meşə fondu torpaqlarının icarəyə verilməsi müddətinin artırılması məsələsi öz əksini tapıb. Belə ki, bu məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər.

 

Qeyd edək ki, Meşə Məcəlləsinin hazırda qüvvədə olan maddəsinə əsasən 22-ci maddənin birinci hissəsində təklif olunan dəyişiklikdə meşə fondu torpaqlarının icarəyə verilməsi müddətinin artırılması məsələsi öz əksini tapıb. Belə ki, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər.


V. Əlizadə əlavə edib ki, Məcəlləyə dəyişiklik sahibkarların imkanlarının genişləndirilməsi məqsədi daşıyır: "Meşə fondu torpaqlarının icarəsi 10, 15, 18 ilədək verilə bilər. Bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müraciət edənin imkanlarının araşdırılmasından sonra müəyyən olunacaq".

 

Qanun layihəsi müzakirə olunmaq üçün Milli Məclisin yaz sessiyasına tövsiyə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:37 28 Aprel
14:13 28 Aprel
09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede askarlanmis menseyi belli olmayan at eti zerersizlesdirilib
    Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizlə...
  • zererceken mtn de 300 min dollarimi alandan sona meni serbest buraxdilar
    Zərərçəkən: “MTN-də 300 min dollarımı alandan sona məni sərb...
zererceken mtn de 300 min dollarimi alandan sona meni serbest buraxdilar zererceken mtn de 300 min dollarimi alandan sona meni serbest buraxdilar +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ