Meyvə və tərəvəz istehsalçıları “Aqrolizinq” xətti ilə texnika və avadanlıqlar ala biləcək

meyve ve terevez istehsalcilari aqrolizinq xetti ile texnika ve avadanliqlar ala bilecek

"Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fermerlərə meyvə və tərəvəz istehsalı ilə məşğul olan fermerlərə kənd təsərrüfatı texnikası, traktor və kombaynların gətirilməsində yardımçı olacaq".

 

“APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyində yeni yaradılan Fermerlər, Assosiasiyalar və Kooperativlərlə İş şöbəsinin sədri Araz İsmayılov bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə çıxışında bildirib.

 

O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə hər cür dəstək göstərəcək. A.İsmayılov qeyd edib ki, nazirlik  “Aqrolizinq” ASC-nin xətti ilə Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasına lazım olan texnikanın, traktorların və kənd təsərrüfatı avadanlıqlarının gətirilməsində yardım edə bilər: “Fermerlərimiz, meyvə-tərəvəz istehsalçıları və ixracatçıları kənd təsərrüfatı texnikalarını 10 il müddətinə lizinq yolu ilə “Aqrolizinq”dən ala biləcəklər”.

 

O, fermerlərə bununla bağlı artıq müraciət etməyin mümkün olduğunu qeyd edib: “Siz bu texnikaların siyahısını Assosiasiyaya təqdim edin. Gələn ilin büdcəsində bütün bunlar nəzərə alınacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273