Prezident İlham Əliyev: “Ərzaq təhlükəsizliyimizi tam təmin etməyə çalışmalıyıq”

prezident ilham eliyev erzaq tehlukesizliyimizi tam temin etmeye calismaliyiq

“Mal əti ilə özümüzü 95, qoyun əti ilə 99 faiz təmin edirik”.

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. O bildirib ki, Azərbaycan kərə yağı ilə 76 faiz özünü təmin edir, bunun 10 faizi xarici faktordur: "Burada 10 faiz qablaşdırma ilə bağlıdır. Qablaşdırma elə məsələ deyil ki, biz bunu həll edə bilməyək. Buğda ilə özümüzü 53 faiz təmin edirik, burada 23 faiz xarici faktordur. Arpa ilə 102 faiz, qarğıdalı ilə 71 faiz, soya ilə cəmi 4 faiz, meyvə və giləmeyvə ilə 102 faiz özümüzü təmin edirik. Ancaq elə növlər var ki, özümüzü təmin edə bilmirik. Meyvə və giləmeyvə vacib ixrac məhsulumuzdur”.

 

Prezident Azərbaycanın bütün növ tərəvəzlə 96 faiz özünü təmin etdiyini söyləyib: "Kartofla təminat 86 faizdir, bu, bir az aşağı düşüb. Şəkərlə özümüzü 115 faiz təmin edirik. Ancaq bunun tərkibində 73 faiz xarici faktor var. Şəkər çuğundurunun əkilməsi, becərilməsi, şəkər hazırlanması üzrə Dövlət Proqramı hazırlanıb. Bal ilə 97 faiz təmin edirik”.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik dövründə ərzaq təhlükəsizliyini tam təmin etməyə çalışmalıdır: "Yeni dövriyyəyə cəlb edilən torpaqlar hesabına idxaldan asılılığa son qoya və ixracın artmasına nail ola bilərik. Keçən il 90 min ton pambıq tədarük etmişik. Bu il isə 200 min ton pambıq istehsalı gözləyirik. Bu sahə Mingəçevirdə yaradılacaq sənaye parkının təminatı ilə bağlıdır. Mingəçevirdə təməlini qoyduğumuz iplik və digər sahələrlə bağlı zavodlar bu ilin sonlarında istifadəyə verilməlidir. Yeri gəlmişkən, hazırda 37 rayonda insanlar baramaçılıqla məşğuldurlar. 2019-cu ildə 1300 ton barama istehsalı planlaşdırılır”.

 

Prezident İlham Əliyev fındıqçılığın inkişafının xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb: "Hazırda 3035 min hektarda fındıq sahələri var, biz bunu 80 min hektara çatdırmalıyıq. 30-40 min hektar ərazidə isə şəkər çuğunduru əkilməsi nəzərdə tutulub. Bu şəkər çuğunduru şəkər zavoduna göndəriləcək və şəkər zavodunun xaricdən valyuta ilə xammal alması minimuma enəcək. Bakı ətrafında və Abşeronda badam, zeytun bağları salınmalıdır. Tütün istehsalı Azərbaycanda 10 min tona çatmalıdır. Üzümçülük və şərabçılıqla bağlı tədbirlər də nəzərdə tutulur. Biz indiki səviyyə ilə razılaşa bilmərik. Bu sahələr üzrə assosiasiyalar keçən il yaradılıb. Şərabçılıq Assosiasiyası xarici bazarlara çıxışlar tapmalıdır. Hazırda cəmi 3 milyon dollar həcmində şərab məhsulları ixrac olunur. Bu göstərici 10 dəfə, 20 dəfə, daha çox artırılmalıdır. Biz dost, qonşu ölkələrlə də danışmışıq ki, Azərbaycan şərabına yer ayrılsın. Biz ildə 50-60 milyon dollar soya alınmasına xərcləyirik. Biz soya sahələrini artırsaq, bunu uğurla ixrac edə bilərik".

 

Dövlət başçısı 50 min baş cins mal-qara gətirilərsə, Azərbaycanda süd məhsullarına tələbatın tam təmin olunacağını açıqlayıb: "Biz səmərəsiz örüş sahələrini əkinə cəlb etməliyik. Ancaq bu sahədə də planlı iş görülməlidir. Yəni bir sahəni inkişaf etdirməklə, digər sahənin inkişafına ziyan vurulmamalıdır. Burada düşünülmüş siyasət aparılmalıdır. Yeri gəlmişkən, yun tədarükü ilə bağlı cəmi bir sahə var. Bu il ən azı 10 yeni yun tədarükü sahəsi yaradılmalıdır".

 

Prezident çayçılığın, arıçılığın inkişafının da diqqət mərkəzində olduğunu söyləyib: “Biz bal məhsullarının istehsalına başlamışıq. Bazarlara çıxmaq üçün təqdimatlar keçirilməli, reklam işləri aparılmalıdır. Aqroparkların sayı da 10-a çatdırılmalıdır. Qəbul etdiyimiz strateji yol xəritələrində də əsas istiqamətlər göstərilib".

 

Dövlət başçısının sözlərinə görə, taxılçılıq az gəlir gətirən sahə olsa da, strateji sahədir. O deyib ki, hazırda Azərbaycan 53 faiz özünü taxılla təmin edir və bu göstərici artırılmalıdır: “İndi 250-300 milyon dollar xaricdən taxıl alınmasına sərf edilir”.
 
Prezident bildirib ki, Azərbaycanda gübrə zavodu fəaliyyətə başlayacaq: “Pestisidlərin də ölkə daxilində istehsalına nail olmalıyıq”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli pianocu xxiv istanbul caz festivalinda cixis edecek
    Azərbaycanlı pianoçu XXIV İstanbul caz festivalında çıxış ed...
  • bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib
    Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul keçiri...
bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib bakida pakistan milli gunu munasibeti ile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ