Qida Təhlükəsizliyi Agentliyi: Pambıqçılar təhlükəsizlik qaydalarına riayət etməlidir

qida tehlukesizliyi agentliyi pambiqcilar tehlukesizlik qaydalarina riayet etmelidir

Qida Təhlükəsizliyi Agentliyi pambıqçılıq təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlər keçirir.

 

Agentlikdən “APA-Economics” verilən xəbərə görə, Agentliyin əməkdaşları iyulun 4-də yerli və xarici şirkətlərin nümayəndələri ilə birgə Beyləqan rayonunda yerləşən pambıq sahəsinə baxış keçiriblər. Pambıq istehsalı ilə məşğul olanlara sanitar-gigiyena normaları və təhlükəsizlik texnikası qaydaları barədə ətraflı məlumat verilib, pestisidlərin istehsalı, daşınması, istifadəsi, texniki təhlükəsizlik qaydaları və təlimata riayət edilməsinin vacibliyindən danışılıb. Bildirilib ki, pestisidlərlə iş zamanı təhlükəsizlik məsələlərinə və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilməli, ağır zəhmət tələb edən işlər maksimum mexanikləşdirilməli və avtomatlaşdırılmalı, preparatların tətbiqində ən qabaqcıl texnologiyalar tətbiq olunmalıdır.

 

Agentliyin Təftiş və dövlət nəzarəti şöbəsinin əməkdaşları isə preparatlardan istifadə zamanı onun tətbiq qaydaları, xüsusiyyətləri, toksiklik dərəcəsi, məhdudlaşdırıcı hallar barədə məlumat veriblər.

 

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar təsərrüfat rəhbərlərinə və pambıq sahəsində çalışan işçilərə paylanılıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273