Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub

qida tehlukesizliyi agentliyinde yeni teyinat olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

 

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən "APA-Economics"ə bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.

 

Q. Əbdüləliyev bundan əvvəl Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən müxtəlif layihələrdə baytarlıq mütəxəssisi və koordinatoru, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına elmi Nəzarət İnstitutunun direktoru, son olaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267