Roqozin yük avtomobillərinin ləngidilməsi ilə əlaqədar gözlənilmədən Azərbaycan-Rusiya sərhədinə səfər edib

roqozin yuk avtomobillerinin lengidilmesi ile elaqedar gozlenilmeden azerbaycan rusiya serhedine sefer edib

Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasından sonra Rusiya baş nazirinin müavini, komissiyanın həmsədri Dmitri Roqozin gözlənilmədən Azərbaycan-Rusiya dövlət sərhədinə səfər edib.

 

APA-nın məlumatına görə, bu barədə D. Roqozin özünün "Twitter" hesabında yazıb.

 

“Bakının hava limanına üz tutarkən əlavə 500 km yol getməyi qərara aldım və hamı üçün gözlənilməz olaraq Rusiya-Azərbaycan dövlət sərhədində buraxılış-keçid məntəqəsinin işini yoxlamağa gəldim”, - deyə o bildirib.

 

Qeyd edək ki, yük maşınlarının dövlət sərhədini keçməsində problemlərin yaranması məsələsi dünən Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyasının iclasında qaldırılıb. Baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov Azərbaycandan Rusiyaya meyvə-tərəvəz və digər məhsullar aparan yük avtomobillərin sərhəddə ləngidilməsi hallarının baş verdiyini deyib. D. Roqozin isə bundan sonra yük maşınlarının sərhədi heç bir ləngitmə olmadan keçəcəyini söyləyib.

 

“Qarşıdan Yeni il gəlir. Biz gözləyirik ki, Azərbaycandan Rusiyaya gətirilən  meyvə, tərəvəz  və digər məhsullar sərhədi maneəsiz keçərək bayramadək rusiyalıların masasına çatdırılacaq. Biz bu məhsulların keyfiyyətini həmişə yüksək qiymətləndiririk”, - deyə D. Roqozin bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ