Rusiyadan idxal olunan qarğıdalıda təhlükəli alaq otu aşkarlanıb

Rusiyadan Azərbaycana gətirilən 1050 ton qarğıdalıda 10 ton təhlükəli alaq otu aşkarlanıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Bərdə rayonun Çələbilər kəndində fəaliyyət göstərən təsərrüfatda  yoxlama zamanı Respublika Fitosanitar Nəzarət xidmətinin rəisi Camal Quliyev deyib.

 

C. Quliyevin sözlərinə görə, dekabrın əvvəlində ölkəyə 1050 ton ərzaqlıq qarğıdalı idxal edilib. İdxal olunan qarğıdalıdan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriyasında yoxlanılıb. Yoxlama zamanı təhlükəli sayılan "Yovşan yarpaqlı ambroziya" alaq otu aşkarlanıb. Alaq otun xüsusi aqreqatlar vasitəsi ilə qarğıdalıdan ayrılıb. 

 

İdxal olunan məhsuldan 10 ton təhlükəli alaq otu çıxıb. Yararsız bitki qalıqları yandırılaraq zərərsizləşdirilib.

 

Qeyd edək ki, bu bitkilər nəinki insanlar üçün, hətta heyvanların qidalanmasında təhlükəli hesab olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ