Saatlıda süd emalı müəssisəsi istifadəyə verilib

Bu gün Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Saatlı rayonunun Günəşli kəndində inşa edilən süd emalı müəssisəsi fəaliyyətə başlayıb.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.

 

Müəssisənin açılışında çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir.

 

Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev Saatlıda reallaşdırılan layihələr barədə məlumat verib və yeni süd emalı müəssisəsinin istifadəyə verilməsinin heyvandarlıq sahəsinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi ölkəmizlə ABŞ arasında əlaqələrdən, SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycan regionlarının inkişafına töhfə olduğunu qeyd edib.

 

Qeyd olunub ki, süd emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Günəşli kəndində təsərrüfatlar istehsal etdikləri südü emal edəcək ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində 6 ədəd müxtəlif təyinatlı süd emalı avadanlıqları quraşdırılıb. Müəssisədə hər gün 20 ton süd qəbul olunacaq ki, nəticədə 500 kiloqram sarı pendir, 400 kiloqram ağ pendir istehsal olunacaq. Ümumilikdə müəssisədə 20 nəfər işlə təmin ediləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273