Strateji Yol Xəritəsi: Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq

strateji yol xeritesi erzaq tehlukesizliyi komissiyasi yaradilacaq

Ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.

 

Komissiya üzvləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət ola bilər. Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır. Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki vaz 2107 toqqusub 3 nefer xesaret alib
    İki "VAZ 2107" toqquşub, 3 nəfər xəsarət alıb
  • bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib
    Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəza...
bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib bakida qeyri qanuni taksi fealiyyeti gosteren suruculer cezalandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ