FED rəsmisinin bəyanatı dolları bahalaşdırır

fed resmisinin beyanati dollari bahalasdirir

ABŞ dollarının altı əsas qlobal valyutaya nisbətən məzənnəsini formalaşdıran "ICE U.S. Dollar" indeksi 0,26% möhkəmlənib.


"APA-Economics" xəbər verir ki, buna səbəb ABŞ-ın Filadelfiya ştatının Federal Ehtiyat Bankının prezidenti Patrik Harkerin bəyanatıdır. Belə ki, P.Harker ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) 14-15 mart tarixlərində keçiriləcək toplantısında uçot dərəcəsinin artırılacağını istisna etməyib.

 

ABŞ dollarının 16 əsas valyutaya nisbətən məzənnəsini formalaşdıran "WSJ Dollar" indikatoru isə 0,23% yüksəlib.

 

Bugünkü ticarət sessiyasında avro 1,0598 dollar səviyyəsində ticarət olunur. Avrozonanın vahid valyutasının məzənnəsi ötən ticarət sessiyasını 1,0624 dollar səviyyəsində başa vurub.
 

Dolların Yaponiya yeninə qarşı məzənnəsi 113,45 yen təşkil edir. Qeyd edək ki, ötən ticarət sessiyasının dollar 113,01 yen səviyyəsində yekunlaşdırıb.

 

Treyderlər FED tərəfindən uçot dərəcəsinin martda artırılması ilə bağlı ehtimalları 30% səviyyəsində qiymətləndirir.

 

Qeyd edək ki, P.Harker FED-in iclaslarında səsvermə hüququna malik olan şəxslərdən biridir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ