“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

investaz dan dunya maliyye bazarlari ile bagli heftelik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Cümə günü Janet Yellenin çıxışından sonra dolların dünya birjalarında aparıcı valyutalara nisbətən qiyməti təqribən 1% ucuzlaşıb. Janet Yellenin "şahin" çıxışına baxmayaraq dolların ucuzlaşması isə artıq fevral ayının əvvəlindən etibarən faiz artımı gözləntiləri fonunda dolların kifayət qədər bahalaşması ilə əlaqədardır. Bu həftənin cümə günü isə Amerikanın əmək bazarı ilə bağlı açıqlanacaq önəmli statistik göstəricilər investorların diqqət mərkəzində olacaqdır.

Dolların ucuzlaşması fonunda isə təkcə EUR/USD məzənnəsi cümə günü 1.0623$-a kimi 1.2% bahalaşıb. Beləliklə, məzənnə keçən həftənin maksimum səviyyəsi sayılan 1.0630$-a kimi bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 1.0700$-a kimi də dəyər qazana bilər.

GBP

GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir. 1.2299$-a kimi bahalaşan funt sterlinqin qiyməti gələcək günlərdə 1.2350$ və 1.2401$-a kimi də dəyər qazana bilər.

TRY

Türkiyədə isə iflyasiyanın artması xəbərindən sonra türk lirəsinin qiyməti bahalaşmağa başlayıb. Buna səbəb isə ölkədə inflyasiyanın artması fonunda maliyyə siyasətinin daha da sərtləşdirilməsi gözləntiləri ola bilər. Gələcək günlərdə lirənin qiyməti 3.65TL və 3.62TL-ə kimi də bahalaşa bilər.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti keçən həftə 56$-a ticarət edilib. Qiymətin gələcək günlərdə də 55$ və 57$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.

GOLD

Əlvan metallar bazarında da dolların ucuzlaşması, qızıl qiymətinin bahalaşmasına təsir edib. Belə ki, qızılın bir unsiya üzrə qiyməti cümə günü 1236$-a (39.7 $/qram) kimi bahalaşıb və 1243$-a (39.9 $/qram) kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

_____________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ