Trampın mətbuat konfransından sonra dollar zəifləyir

trampin metbuat konfransindan sonra dollar zeifleyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ötən gün baş tutan ilk mətbuat konfransından sonra dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır. "APA-Economics" xəbər verir ki, D. Trampın öz çıxışında iqtisadi məsələlərə daha az yer ayırması dolların məzənnəsinə neqativ təsir edib.

 

Birja iştirakçıları mətbuat konfransında D. Trampın iqtisadi stimullaşdırma proqramının detallarının açıqlanacağını gözləyirdi. "Tramp xarici siyasətlə bağlı sualların öhdəsindən olduqca gözəl gəldi, lakin treyderlərin bir sualları cavabsız qaldı", - deyə "CMC Markets" şirkətinin treyderi Aleks Ferber bildirib.
 

Bugünkü ticarət sessiyasında avro 1,0608 dollaradək bahalaşıb. Halbuki, Avrozonanın vahid valyutasının məzənnəsi ötən sessiyanın yekununda 1,0582 dollar səviyyəsində olub.

 

Dollar/yen cütlüyü 114,48 yen səviyyəsində ticarət olunur. Ötən sessiyada 1 dollar 115,41 yen olub. Treyderlər hesab edir ki, bugünkü ticarət sessiyasında dolların yenə qarşı məzənnəsi ötən gün qeydə alınan lokal minimumu, yəni 114,25 yen səviyyəsini test edə bilər. "Bloomberg" agentliyi yazır ki, bu hədd keçilərsə, məzənnə 113,13 yen/dollar səviyyəsinə doğru hərəkət etməyə başlayacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida azerbaycan italiya biznes forumu kecirilib
    Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
  • bakida iki avtobus toqqusub
    Bakıda iki avtobus toqquşub
bakida iki avtobus toqqusub bakida iki avtobus toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ