® “Azercell”dən Yeni konsepsiya – Tam xidmət indi Xırdalanda!

Lider mobil operator ilk regional Eksklüziv Mağazasını istifadəyə verib.

        

Abunəçilərinə hər zaman olduğu kimi yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə Azercell 13 noyabr tarixində Xırdalan şəhərində yeni konsepsiyaya uyğun Eksklüziv mağazasını istifadəyə verib. Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, 54 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olurlar. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd etmək lazımdır ki, Xırdalan Azercell Eksklüziv mağazası paytaxtdan kənarda, bölgələrdə açılan ilk yeni konsepsiyalı mağazadır.

 

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündən etibarən 3 gün müddətində Xırdalan Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.

 

Azercell Telekom gələcəkdə yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyi və bununla da abunəçilərə daha rahat və faydalı xidmət göstərməyi nəzərdə tutur. 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz       

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272