® Azercell “Socially devoted” sertifikatına layiq görülüb

174 azercell socially devoted sertifikatina layiq gorulub

Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib. Azercell-in sosial şəbəkədəki aktivliyi “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirilib və şirkət “Socially devoted” sertifikatına layiq görülüb. “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, 2017-ci ilin yanvar-fevral-mart aylarında Azercell şirkəti rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100 %-ni cavablandırıb. Azərbaycanda mobil operatorlar arasında yalnız Azercell bu uğura imza atıb. 2012-ci ildən indiyə qədər Azercell Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə dəfələrlə “Socially devoted” adına layiq görülüb. Onu da qeyd edək ki, Azercell ölkədə bu sertifikatı alan ilk mobil operatordur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb. Bu yeniliklərin tətbiqində məqsəd - abunəçilərlə daha sıx əlaqənin qurmaq, onlara yeniliklər haqqında məlumatları çatdırmaq, abunəçilərin zamanına qənaət edərək onlara xidmət göstərməkdir.

 

Azercell-in Facebook-da rəsmi səhifəsi Azərbaycanda ən populyar səhifələrdən biridir və 9 ildir ki, fəaliyyət göstərir. Şirkətin rəsmi Facebook səhifəsində Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Azercell öz Facebook səhifəsində Müştəri Xidmətlərini də aktiv şəkildə davam etdirir. Bu xidmət vasitəsilə abunəçilər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar. Bundan əlavə şirkət sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqələr, əyləncəli viktorinalar, aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ