® “Bakcell”in dəstəyilə əlilliyi olan insanlar üçün innovativ 3D protezləri hazırlanacaq

174 bakcell in desteyile elilliyi olan insanlar ucun innovativ 3d protezleri hazirlanacaq

Azəbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti əlilliyi olan insanların reabilitasiya imkanları ilə təmin edilməsinə yönəlmiş növbəti innovativ layihəyə start verir.

 

İnnovasiyaları tək mobil telekommunikasiya sahəsinə deyil, insanların gündəlik həyatına da  qatmaq niyyətində olan Bakcell “Reabilitasiya Akademiyası” adlı yeni layihənin icrasına dəstək göstərir.

 

Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq XXI əsrin ən innovativ texnologiyaları və xüsusilə 3D printerin köməyi ilə daha rahat reabilitasiya vasitələrinin hazırlanması (protez, ortez və digər köməkçi vasitələr) nəzərdə tutulub. Yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Protez-Ortopedik Reabilitasiya Mərkəzinin ekspertləri ilə birgə 3D printerin köməyi ilə mövcud baza protezləri təkmilləşdirilərək yeni 3D protezləri və digər köməkçi qurğuların test variantı istehsal ediləcək, eyni zamanda əl və ya ayağı amputasiya olunmuş insanlar üçün mexaniki protezlər hazırlanacaq. Həmçinin, layihə çərçivəsində Uşaq Serebral İflic (USİ) və digər ağır formalı əlilliyi olan uşaqlara köməkçi texniki vasitələrin istehsalı üçün emalatxananın yaradılması nəzərdə tutulub. Burada USİ olan uşaqlara bel və ayaq uçun fiksatorlar düzəldiləcək.

 

“Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB hazırlanmış protezləri sınaqdan keçirəcək və gələcəkdə onlardan daha geniş istifadə olunması ilə bağlı tədbirlər həyata keçirəcək.

 

Azərbaycan Respublikasında ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət Proqramlarından birini fəal şəkildə həyata keçirən Bakcell şirkəti, xüsusi qayğıya ehtiyacı olan insanların sosial rifahının yaxşılaşdırılması üçün daim yeni imkanlar axtarır və əlilliyi olan vətəndaşların və xüsusilə də, uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına kömək edə biləcək layihələri və xeyriyyə təşəbbüslərini dəstəkləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272