® “Grand Hayat” yeni mənzil, yeni həyat tərzi - FOTO

174 grand hayat yeni menzil yeni heyat terzi foto
Bakı - APA-Economics. Fəaliyyətinə 2002-ci ildə başlayan “Yeni Həyat” Şirkətlər Qrupu bir sıra uğurlu layihələri ilə inşaat sektoruna yeniliklər gətirərək lider mövqelərindən birini tuta bilib.

Şirkətin bütün layihələrini birləşdirən əsas prinsiplərdən biri isə insanların rahatlığını və ətraf mühitlə harmonik vəhdətini təmin etməkdir.

 

“Yeni Həyat” tərəfindən həyata keçirilən, öz möhtəşəmliyi və novatorluğu ilə fərqlənən hər bir layihə Bakının şəhərsalma sahəsində yeni bir sözdür, öz memarlıq ideyası və icrasına görə şəhərimizdə iz qoyan və gələcək nəsillərə layiqli miras olacaq binalardır. Keyfiyyət, dizayn, yerləşmə və kompleksliliyi özünün əsas meyarlarına çevirən  “Yeni Həyat” Şirkətlər Qrupu müştəri məmnuniyyətinə də hər zaman böyük diqqətlə yanaşmış,  hər layihədə nəzərdə tutulan  müştəri seqmentinə uyğun tələbləri əks etdirə bilib.

 

“Yeni Həyat” yeni “Grand Hayat” layihəsini  təqdim edib. Bakının mərkəzində, Tbilisi prospekti 1054 ünvanında, mərkəzə və şəhərin əsas çıxışlarına yaxın bir ərazidə 318 560 m2 sahəni əhatə edən “Grand Hayat ” kompleksi  keyfiyyət, dizayn, təhlükəsizlik və yerləşmə meyarlarını bariz şəkildə nümayiş etdirəcək. 24 mərtəbədən ibarət 10 ədəd bir bloklu “Grand Hayat” yaşayış kompleksi hər kəsin arzusunda olduğu mənzilə qovuşduracaq.

 

Şirkət “Azure” yaşayış kompleksində olduğu kimi, “Grant Hayat” layihəsində də “7S” keyfiyyət standartını tətbiq etmək niyyətindədir.

 

“7S”- 7 service -7 xidmət anlamını verir.  Buraya

1) sakinlərə hər növ xidmət (kommunal, güvənlik, konsyerj və s.); 

2) mənzillərin təmirli təhvil verilmə imkanı, 

3) geniş və qapalı həyətyanı sahənin olması; 

4) hipermarket; 

5) uşaq bağçası; 

6) Fitness və SPA mərkəzi; 

7)Kafe-restoranlar və teras daxil olmaqla Megafun əyləncə mərkəzi. 

 

Qısacası , “7S”  “Yeni Həyat” Şirkətlər Qrupunun yaratdığı yeni və keyfiyyətli həyatın standartlar toplusudur. Bu toplu “Grand Hayat” layihəsində özünün tam əksini tapacaq.

 

“Grand Hayat” müasirlik, keyfiyyət, dizayn, təhlükəsizlik və ən əsası komfortlu yaşamın bütün elementlərini birləşdirən bir yaşayış kompleksidir. Kompleksdəki 2,3 və 4 otaqlı 1920 təmirli və təmirsiz mənzillər, 3400 avtomobilin rahat yerləşə biləcəyi modern parkinq, 5000m2 sahədə yerləşən və ailənin hər ehtiyacını ödəyə biləcək hipermarket, 10000 m2 sahəli park konseptli həyətyanı sahə. Bundan əlavə kompleksdə ən son dünya standartlarına uyğun  Fitness və SPA mərkəzi, fərqli dünya mətbəxlərini təqdim edən müasir kafe və restoranlar,  övladlarınızın təhlükəsizliyi tam təmin edə biləcək uşaq bağçası və əyləncənin əsas mərkəzinə çevrilən “Megafun” əyləncə mərkəzi də yer alacaq. “Grand Hayat” müasir yaşamın bütün üstünlüklərini özündə birləşdirən unikal bir məkan olacaq.

 

“Yeni Həyat” Şirkətlər Qrupu  “Grand Hayat” kompleksində  “Park Azure” layihəsində olduğu kimi orta sinif nümayəndələrini düşünərək, əlverişli ipoteka şərtləri ilə mənzil sahib etmə xidmətini göstərmək niyyətindədir. 10%-dən başlayan ilkin ödəniş, 10 ildən 20 ilə qədər müddətə və 10%-dən başlayan illik ödənişlər 1920 ailəni yeni mənzilə qovuşdura biləcək. 2,3 və otaqlı bu mənzillər bu dəfə təmirsiz olduğu kimi, təmirli şəkildə də təqdim olunacaq.

 

Qeyd edək ki, öncəki layihədə olduğu kimi, “Grand Hayat” layihəsi üzrə ipoteka kampaniyasında da “Bank Technique” “Yeni Həyat” Şirkətlər Qrupunun əsas partnyoru olaraq çıxış edəcək. Bununla birgə, bu ipoteka kampaniyasına ölkənin digər aparıcı bankları da cəlb olunacaq. Əgər siz hələ də şəhərin içində bütün tələblərinizə cavab verən, sizin və ailənizin hər istəyini reallığa çevirə biləcək bir mənzil axtarırsınızsa seçiminizi “Grand Hayat”ın xeyrinə edin.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ