Ağcabədinin baş plan layihəsi Nazirlər Kabinetinə təqdim edilib

agcabedinin bas plan layihesi nazirler kabinetine teqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Ağcabədi şəhərinin baş plan layihəsinin işlənilməsi başa çatdırılıb.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 11 may 2017-ci il tarixində Ağcabədi şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib.

 

Tədbirdə komitənin, icraçı təşkilat olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Ağcabədi şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilib.

 

Tədbirin sonunda Ağcabədi şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ