“Avtomobil Yollarının Mühafizə Xidməti”nin inzibati binası istifadəyə verilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin yeni inzibati binası istifadəyə verilib.

 

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, binanın istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər.

 

Mərasimdə çıxış edən S.Məmmədov bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən son illər ölkənin, eləcə də paytaxtın avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub. Həmin yolların mühafizəsini həyata keçirən əməkdaşların normal fəaliyyəti üçün belə bir inzibati binaya ehtiyac duyulub. 

 

İnzibati bina ilə tanışlıq zamanı bildirilib ki, bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb. Yeni tikili inzibati bina, akt zalı və yeməkxanadan ibarət olmaqla ümumi sahəsi 700 kv.m-dir.

 

Burda işçilərin normal fəaliyyətinin təmin olunması üçün hər bir şərait yaradılıb, lazımi avadanlıqlar quraşdırılıb. Bina istimə-soyutma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Binada müasir videomüşahidə və kompüter sistemləri quraşdırılıb, rabitə sistemi qurulub.

 

Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, nəqliyyat vasitələrinin üçün 25 parklanma yeri tikilib. Bina fasiləsiz internet, elektrik enerjisi və su ilə təmin olunur.

 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin yeni inzibati binasının tikintisinə cari ilin fevral ayında başlanılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qudret qurbanov azerbaycan bayragi altinda uzen gemilerde tehlukesizliyin temin olunmasi ucun beynelxalq konvensiyalarin teleblerine ciddi riayet olunub
    Qüdrət Qurbanov: “Azərbaycan bayrağı altında üzən gəmilərdə ...
  • turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib
    TÜRKPA: Türkiyədə seçkilər beynəlxalq standartlara uyğun keç...
turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib turkpa turkiyede seckiler beynelxalq standartlara uygun kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269