Azərbaycan Astara dəmir yolu terminalına 60 mln. dollar yatırır

azerbaycan astara demir yolu terminalina 60 mln dollar yatirir

"Azərbaycan Dəmir Yolları" QSC ilə "İran Dəmir Yolları" hazırda tikintisi davam edən Astara (Azərbaycan) dəmir yolu terminalına dair investisiya müqaviləsi imzalanıb.


"APA-Economics" "Mehr" agentliyinə istinadən xəbər verir ki, Azərbaycan tərəfi layihəyə 60 mln. dollar məbləğində investisiya yatıracaq.


Bundan başqa, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, müqavilənin müddəti bitdikdən sonra terminalda olan bütün obyektlər və infrastruktur İran tərəfinə veriləcək.

 

"Müqaviləyə əsasən, Azərbaycan iki il ərzində ən azı 2 mln. ton həcmində yük daşınmasını həyata keçirməyə borcludur ki, bu da İrana böyük həcmdə mənfəət qazandıracaq”, - deyə "İran Dəmir Yolları"nın açıqlamasında deyilir.


Qeyd edək ki, hazırda Astarada (İran) geniş tikinti işləri aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.

 

Bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında deyilirdi ki, adıçəkilən qurumla "İran Dəmir Yolları" arasında imzalanan müqaviləyə əsasən, İran ərazisində 1,4 kilometrlik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisi QSC-nin dəstəyi ilə reallaşacaq. Müqaviləyə əsasən, "Azərbaycan Dəmir Yolları" QSC 15 illik müddətə 1,4 kilometrlik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
  • turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur
    Türkiyə prezidenti: “Körfəzdə böhranın davam etməsinin heç b...
turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ