“Azərbaycan Dəmir Yolları”nın 5 illik biznes planı hökumətə təqdim edilib

azerbaycan demir yollari nin 5 illik biznes plani hokumete teqdim edilib

“Azərbaycan Dəmir Yolları” QSC konteyner daşımaların əhəmiyyətini çox yaxşı başa düşür".

 

“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bildirib.

 

H.Valehovun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC konteyner daşımalarının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər görür.

 

“Bu tədbirlərdən biri də bu il alınması nəzərdə tutulan konteynerlərdir. Bunun üçün artıq 2018-ci il dövlət büdcəsindən vəsait ayrılıb. Əsasən 4 böyük layihə həyata keçiririk. Bu layihələrdən birincisi “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 illik biznes planının hazırlanmasıdır. Artıq bu plan hazırlanıb hökumətə təqdim edilib. Beynəlxalq maliyyə uçotu sistemi əsasında maliyyə idarəetmə sistemi yaradılıb və biz bunun istifadəsinə başlamışıq. Əsas vəsaitlərin idarə edilməsi üçün sistem yaradılıb. Asiya İnkişaf Bankı ilə birlikdə 23 institusional tədbirdən ibarət islahatlar paketi hazırlanıb və bu islahatlar paketinin birinci mərhələsi artıq başa çatdırılıb”, - deyə H.Valehov qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272