“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Dünya Dənizçilik Universitetində magistr təhsili alacaq tələbələrin xərclərini ödəyəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır.

 

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, istedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədi ilə təsis olunan Təqaüd Proqramı da belə addımlardan biridir.

 

Bu il elan olunan proqram Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) daha iki tələbəsinə Avropada dənizçilik sahəsində magistr təhsili almaq imkanı yaradıb. Belə ki, ADDA-nın “menecment” ixtisası üzrə məzunu Nərminə Müzəffər qızı Cabbarova və “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə məzunu Aqşin Şabəddin oğlu Muxtarov “İELTS” imtahanlarından 6,5 və Akademiyanın daxili imtahanlarından yüksək bal toplayaraq müsabiqədən uğurla keçiblər. İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetində (World Maritime University) müasir dənizçiliyin prioritet istiqamətlərindən sayılan  “Dəniz daşımalarının idarə olunması və loqistika” ixtisası üzrə magistr təhsili alacaqlar. Gənclərimiz 14 aylıq təhsil müddətində Çin, İngiltərə və Körfəz ölkələrinin dənizçilik sahəsində təcrübələri ilə  də yaxından tanışlıq imkanı əldə edəcəklər. Hazırda Gəmiçilik və Dünya Dənizçilik Universiteti arasında təqaüd proqramının detalları haqqında danışıqlar aparılır.

 

Tələbələrin bütün təhsil  xərclərini  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ödəyəcək. Təhsilini bitirdikdən sonra isə hər iki gənc  beş il  Gəmiçilikdə işləmək  öhdəliyi götürüb.

 

Məlumat üçün bildirək ki, Dünya Dənizçilik Universitetini Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış orqanı kimi Beynəlxalq Dəniz Təşkilatı (IMO) təsis edib. Burada bir çox ölkələrin  dənizçiləri təcrübələrini artırmaq üçün təhsil alırlar. Beynəlxalq Dəniz Təşkilatının baş katibi  Kitak Lim, Türkiyənin baş naziri Binəli Yıldırım kimi tanınmış şəxslər bu universiteti bitiriblər.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Zamiq İsmayılov da Dünya Dənizçilik Universitetinin məzunudur. 

 

Xatırladaq ki, 2015-ci ilin sentyabrından AXDG-nin nəzdində Gənclər Mərkəzi fəaliyyət göstərir. Sözügedən proqramın reallaşdırılmasında yaxından iştirak edən  mərkəzin əsas məqsədi istedadlı və fəal gəncləri müəyyənləşdirərək həvəsləndirici tədbirlər görmək və kadr hazırlığını stimullaşdırımaqdan ibarətdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ