XƏBƏR LENTİ

Böyüt
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

Azərbaycanda bu il bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan sərmayənin həcmi 15% artıb

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 157,8 mln. manat vəsait yönəldilib ki, onun 66,2%-i və ya 4 077,5 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 15,2%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 6,6% çox olub.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 3 581,7 mln. manat, qeyri-dövlət müəssisələri 2 576,1 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 3 101,7 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 3 056,1 mln. manatlıq vəsaitdən istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 77,3%-ni daxili, 22,7%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 72,1%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 27,9%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Bu il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 3,549 mlrd. manat vəsait nəzərdə tutulub ki, hesabat dövründə bu vəsaitin 1 957,5 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3,188 mlrd. manat (ümumi vəsaitin 51,8%-i), bank kreditləri 318,9 mln. manat (5,2%-i), büdcə vəsaitləri 2 087,8 mln. manat (33,9%-i), büdcədənkənar fondların vəsaitləri 334,9 mln. manat (5,4%-i), əhalinin şəxsi vəsaitləri 200 mln. manat (3,2%-i), digər vəsaitlər 28,2 mln. manat (0,5%-i) təşkil edib.

Cari ilin əvvəlindən əsas kapitala yönəldilmiş bütün vəsaitin 44%-i sənaye sahələrinin inkişafına, 5,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 2,6%-i ticarətə, 24,4%-i nəqliyyat və anbar təsərrüfatına, 1,2%-i tikintiyə, 1,3%-i informasiya və rabitəyə, 2,4%-i yaşayışın təşkili və ictimai iaşəyə, 0,1%-i maliyyə və sığorta fəaliyyətinə, 8,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 8,8%-i mənzil tikintisinə), 2,9%-i dövlət idarəetməsinə, 1,5%-i təhsilə, 1,5%-i səhiyyəyə, 2,8%-i istirahət, əyləncə və incəsənətə, 0,6%-i inzibati və yardımçı xidmətlərin, 0,1%-i peşə, elmi və texniki fəaliyyətə, 0,5%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Cari ilin ötən doqquz ayı ərzində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 4 188,8 mln. manatı (68%-i) qeyri-neft bölməsinin, 738,1 mln. manatı (12%-i) qeyri-neft sənaye sahələrinin, 1,969 mlrd. manatı (32%-i) neft bölməsinin inkişafında istifadə edilib.

Qeyd edək ki, 2010-cu ilin doqquz ayında Bakı şəhərində Qranit-Mərmər Zavodu, Naxçıvan şəhərində ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik avtomobil zavodu, Lənkəran rayonunda konserv zavodu, çay və dondurma fabrikləri, Zaqatala rayonunda süd və tütün emalı zavodları, Abşeron rayonunda duz zavodu, Cəlilabad rayonunda şərab istehsalı sexi və Göytəpə su anbarı, Biləsuvar rayonunda konserv zavodu, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda soyuducu anbar kompleksi, Qəbələ rayonunda «Gilan» piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün 5 min tonluq soyuducu anbar, avtovağzal binası, ölkənin müxtəlif bölgələrində 105,7 min nömrəlik avtomat telefon stansiyaları, 201,2 km uzunluğunda fiber-optik magistral kabel xətti, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 075,2 min kv. metr olan yeni yaşayış evləri, 155 çarpayılıq xəstəxana, növbədə 140 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 9 590 şagird yerlik ümumtəhsil məktəbi, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Ağdaş, Balakən və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri və s. istifadəyə verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada narkotik bitki beceren 6 nefer hebs edilib
    Zaqatalada narkotik bitki becərən 6 nəfər həbs edilib
  • balakende iki vaz toqqusub iki nefer xesaret alib
    Balakəndə iki "VAZ" toqquşub, iki nəfər xəsarət alıb
balakende iki vaz toqqusub iki nefer xesaret alib balakende iki vaz toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 31 Avqust, 2016

USD
1.628
 
EUR
1.8188
 
RR
0.0252
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ