Azərbaycanda indiyədək 1140 poçt markası nəşr olunub

Azərbaycanda poçt markalarının çapını və yayımını təşkil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin yaradılmasından 25 il ötür.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Azərmarka” 14 iyul 1992-ci ildə yaradılıb. Amma Azərbaycanda markanın yaranma tarixi daha qədimdir. Ölkəmizdə ilk marka 1919-cu ildə çap edilib və Azərbaycan əsgərinə həsr olunub.

 

1992-ci ildən isə filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Beləliklə, həmin dövrdən müxtəlif mövzulara aid 1 140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa  çıxarılıb.

 

Azərbaycanın müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

 

Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə  birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.  

 

Ölkəmiz gənc dövlət kimi marka buraxılışına müstəqillik illərində başlamasına baxmayaraq, ötən qısa müddət ərzində dünya filatelistləri arasında Azərbaycan poçt markalarına böyük maraq yaranıb. Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya filateliya sərgilərində uğurla nümayiş etdirilir.

 

Bundan başqa, Azərbaycan Filateliya İttifaqı ilə birlikdə Bakıda çox uğurla 4 milli filateliya sərgiləri keçirilib.

 

Fəaliyyəti dövründə “Azərmarka” müxtəlif ölkələrdə keçirilən beynəlxalq filateliya sərgilərində uğurlu iştirakına görə onlarla qızıl medal və diplomlarla təltif edilib.

 

1919-cu ildən bu günədək Azərbaycanda dövriyyəyə buraxılmış bütün markaların, “Birinci gün” zərflərinin, markalanmış zərflərin və poçt kartlarının, xüsusi ştempellərin nümunələrini özündə əks etdirən 8 kataloq nəşr edilib.

 

Bu dövrdə “Heydər Əliyev və Azərbaycan rabitəsi”, “Azərbaycan rabitəsi müstəqillik dövründə 1991-2001” adlı kitablar və “İçərişəhər” haqqında, “Azərbaycan dövlət müstəqilliyinin 20 illiyi” ilə əlaqədar, “Azərbaycan gömrük muzeyinin xəzinəsi”, “Eurovision Bakı-2012” mahnı müsabiqəsinə, “Qarabağ poçt markalarında” mövzusuna və “Birinci Avropa Oyunları”na həsr edilmiş  markalardan ibarət kitablar hazırlanaraq çap olunub.

 

Ötən müddət ərzində Ermənistanın işğalçı hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılmış markaların qanunsuzluğu barədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq bürosu tərəfindən bir neçə sirkulyar qərar qəbul olunaraq  ÜPİ-nin üzv ölkələrinə göndərilib. Eyni zamanda, üzərində işğalçı Ermənistan hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılan marka olan bütün məktub korrespondensiyalarının qəbul edilib işlənməsinin yolverilməzliyi rəsmi olaraq onlara bildirilib.

 

Qeyd edək ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən “Azərmarka” MMC-nin bir qrup əməkdaşı yubiley münasibəti ilə səmərəli fəaliyyətinə görə təltif olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ