Azərbaycanda qida məhsulları ilə bağlı yeni standartlar hazırlanacaq

azerbaycanda qida mehsullari ile bagli yeni standartlar hazirlanacaq

"Qida Təhlükəsizliyi Agentliyinin hər hansı məhsulu yoxlamağa başlaması ilə bağlı yayılan məlumatlar yanlışdır".

 

“APA-Economics”in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

 

Onun sözlərinə görə, heyvan mənşəli məhsullar yüksək təhlükəli qidalar qrupuna aiddir: "Çünki, bu gün yol qırağında ət kəsimi işini görən obyektlərdə ekspertiza rəyi olmadan ətlər satılır. Təbii ki, bu da əhalinin həyatını risk altına salan amillərin başlıca səbəbidir",- deyə Q. Təhməzli qeyd edib.

 

Q. Təhməzli bildirib ki, küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir: "İlk növbədə buna nəzarət lazımdır. Bəzi insanlar elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi sağlamlıqdan xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Çünki, heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə iri depolarla bağlı, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272